Azərbaycan Gürcüstanın üçüncü əsas dizel yanacağı tədarükçüsüdür

2021-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstanın avtomobil yanacağı idxalının həcmi illik müqayisədə 1.1 min ton və ya 0.7% azalaraq 158.9 min ton təşkil edib.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Gürcüstana benzin idxalının həcmi illik ifadədə 2.6 min ton və ya 3.1% azalaraq 80.5 min ton təşkil edib. Dizel idxalı isə 1.6 min ton və ya 2% artaraq 78.4 min tona çatıb.
Cari ilin ilk iki ayı ərzində Azərbaycan Gürcüstanın üçüncü əsas dizel yanacağı tədarükçüsü olub. Hesabat dövründə Gürcüstan Azərbaycandan 29.8 min ton dizel idxal edib ki, bu da ölkənin ümumi idxalının 18.8%-ni təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstan ən böyük həcmdə dizel yanacağını Rusiyadan idxal edib – 38 min ton. Bu ölkənin dizel idxalının ümumi həcminin 23%-ni təşkil edib. İkinci yerdə isə Rumıniya qərarlaşıb - 31.5 min ton (19.8%).
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












