Azərbaycan hərbi pilotları "Anadolu Qartalı-2022" təlimində iştirak edir - FOTO

Xəbərlər 25 May 2022 14:18 Oxunub 746
Azərbaycan hərbi pilotları "Anadolu Qartalı-2022"  təlimində iştirak edir  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

Avtosfer.az xəbər verir ki, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 "Mi-17-1V" çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh