Azərbaycan, İran və Rusiya avtomobil daşımaları sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan, İran və Rusiya nümayəndələrinin avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar məsələləri üzrə üçtərəfli görüşü keçirilib.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Görüşdə hər üç tərəfdən avtomobil nəqliyyatı sahəsi və gömrük xidmətinin, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər.
Nümayəndə heyətləri Azərbaycan Respublikasının Astara, Xanoba, İran İslam Respublikasının Astara və Rusiya Federasiyasının Taqirkənd sərhəd-keçid məntəqələrinə səfər ediblər.
Tərəflər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydası ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan tərəfində yaradılan infrastruktur mövcud şəraitdə istənilən avtomobil axını üçün buraxılış imkanı təmin edə bilir.
Daha sonra Dərbənd şəhərində keçirilən görüşdə nəzarət-buraxılış məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması istiqamətində tədbirlər, beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan, İran və Rusiya daşıyıcılarının payının artırılması və digər məsələlər müzakirə edilib.
Görüş zamanı Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan, İran və Rusiyanın tranzit potensialından tam həcmdə istifadəsi və Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












