Azərbaycan nəqliyyat vasitələri ilə ölkədən tranzit daşımalar 4 dəfə artıb

2023-cü ildə Azərbaycan nəqliyyat vasitələri ilə ölkə ərazisindən tranzit daşımalarının həcmi 3,8 dəfə artaraq 36 387 ədəd təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq cavabında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, 2021-ci ildə bu nəqliyyat vasitələri ilə ölkə ərazisindən cəmi 9551 ədəd tranzit daşımalar həyata keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 23 366 olub.
Qeyd edilib ki, son 3 ildə Azərbaycan ərazisindən istifadə etməklə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarını həyata keçirən xarici ölkə yük avtonəqliyyat vasitələrinin, eləcə də Azərbaycan yük avtonəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə edilir.
Belə ki, xarici ölkə nəqliyyat vasitələri ilə Azərbaycan ərazisindən 2021-ci ildə 85 293 ədəd tranzit daşıma reallaşdırılmışdısa, 2022-ci ildə 176789, 2023-cü ildə isə 229 756 ədəd tranzit daşıma həyata keçirilib. Burada artım 2,7 dəfədir.
Beləliklə, son üç ildə avtomobil nəqliyyatı ilə Azərbaycan üzərindən həyata keçirilən tranzit yük daşımalarının cəmi sayı 2021-ci ildə 94 844, 2022-ci ildə 200 155, 2023-cü ildə isə 26 6143 olub. Ümumilikdə, avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə artıb.
report.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












