Azərbaycan nümayəndə heyəti Ermənistanda - Bu dəfə quru yolla getdilər - FOTO - VİDEO

Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Avtosfer.az “Armenpress”ə istinadən xəbər verir ki, 13-14 fevral tarixlərində baş tutacaq dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədi vasitəsilə Ermənistana gedib.
Məlumata görə, müzakirələr zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar formalaşan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasının ictimai qavranılmasına, iqtisadi əməkdaşlıq perspektivlərinə, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.
İkigünlük dəyirmi masada Azərbaycan tərəfdən iştirak edəcək vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısı:
Fərhad Məmmədov - koordinator, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri;
Rusif Hüseynov - Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru;
Kəmalə Məmmədova - 1news.az saytının baş redaktoru;
Ramil İsgəndərli - Milli QHT Forumu İdarə Heyətinin sədri;
Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi;
Könül Bədəlova - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi;
Zaur Şiriyev - Karnegi Fondunun Berlin Araşdırmaları Mərkəzinin Rusiya və Avrasiya (Carnegie Russia and Eurasia Center) üzrə tədqiqatçısı;
Murad Muradov - Topçubaşov Mərkəzinin direktor müavini;
Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri;
Rauf Ağamirzəyev - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert;
Gülbəniz Qənbərova - “Azərbaycan Kənd Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri;
Nəzrin Əliyeva - “İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi”nin nümayəndəsi;
Eldar Həmzəli - tədqiqatçı, müstəqil ekspert;
Sanan Rzayev - CBC televiziya kanalının redaktoru və aparıcı siyasi şərhçisi;
Gülşən Axundova - “Qadınlar, İnkişaf, Gələcək” QHT-nin prezidenti;
Emin Əliyev - TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru;
Orxan Babayev - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin əməkdaşı;
İlyas Hüseynov - Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri;
Fuad Ağamalıyev - CBC televiziya kanalının Mühəndislik və Texniki şöbəsinin müdiri.





Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











