Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat-taktiki təlimləri uğurla başa çatıb.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr (qruplar) və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.
Mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.
Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin yüksək səhra vərdişləri nümayiş etdirib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












