Azərbaycan "Premium Euro-95" markalı benzin idxalını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 109 milyon 939,27 min ABŞ dolları dəyərində 128 min 437,73 ton "Premium Euro-95" markalı benzin idxal edib.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanacaq idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət baxımından 1,7 dəfə, dəyər ifadəsində isə 52,8 % artıb.
İdxalın strukturunda 63 milyon 918,19 min ABŞ dolları (+4,4 dəfə) dəyərində 74 min 624,16 ton (+4,8 dəfə) benzin və ya bütün tədarükün 58,1 %-i Rusiyanın payına düşüb.
TOP-3 təchizatçı ölkələr sırasında həmçinin Birləşmiş Ərəb Əmirlikləri - 18 milyon 474,02 min ABŞ dolları dəyərində 21 min 190,61 ton, Rumıniya - 11 milyon 443,2 min ABŞ dolları dəyərində 13 min 367,73 ton ilə yer alıb.
Tədarükün qalan həcmi aşağıdakı ölkələrin payına düşüb: Belarus - 9 milyon 883,38 min ABŞ dolları dəyərində 12 min 52,5 ton, Bolqarıstan - 2 milyon 993,41 min ABŞ dolları dəyərində 3 min 457,7 ton, Gürcüstan - 1 milyon 224,25 min ABŞ dolları dəyərində 1 min 499,08 ton və Yunanıstan - 2 milyon 2,82 min ABŞ dolları dəyərində 2 min 245,95 ton.
Yunanıstandan idxal noyabr ayında başlayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












