Azərbaycan Rusiyaya nota verdi- SƏBƏB

Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
Xatırladaq ki, adları qeyd olunan Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Saytımıza müraciət edən Nihadın atası Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.
Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında qeyd etmişdilər ki, onlarla birgə saxlanılan azərbaycanlıların sayı 5 nəfərdir: “Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin 2 azərbaycanlını isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












