Azərbaycan və Ermənistanın ABŞ-dəki səfirləri TRIPP təşəbbüsünü müzakirə ediblər

ABŞ-dəki Azərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan "Tramp Marşrutu" təşəbbüsünə - "Trump Route for International Peace and Prosperity" (TRIPP) həsr olunmuş dəyirmi masada iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report" Amerika-Azərbaycan Ticarət Palatasına ("United States–Azerbaijan Chamber of Commerce" - USACC) istinadən xəbər verir.
USACC tərəfindən təşkil edilən tədbirdə Vaşinqtonda Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirləri, həmçinin ABŞ hökumətinin yüksək rütbəli nümayəndələri və biznes nümayəndələri də iştirak ediblər.
Görüş zamanı tərəflər TRIPP təşəbbüsünün regional əlaqələrin möhkəmləndirilməsində və Orta Dəhliz boyu ABŞ-nin davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolunu müzakirə ediblər.
"ABŞ administrasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında avqustda əldə edilmiş sülh razılaşması tarixi irəliləyişi təmin edib. TRIPP - bu razılaşmanın dayanıqlığını təmin etmək, tranzit marşrutunu ümumi rifahın mühərrikinə çevirmək üsuludur", - ABŞ Dövlət Departamentinin İdarəetmə İdarəsinin direktoru və sülh missiyaları üzrə xüsusi elçisi Vinay Çavla bildirib.
X.İbrahim qeyd edib ki, cari ilin avqustunda Vaşinqtonda liderlərin sammiti regional sülh prosesinin irəliləməsində tarixi rol oynayıb: "Azərbaycan uzun müddətdir qarşılıqlı əlaqə və əməkdaşlıq prinsiplərini irəli sürür, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq münasibətləri qurur. Orta Dəhlizin əsas komponenti kimi TRIPP layihəsini uğurlu həyata keçirmək vacibdir".
Ermənistan səfiri vurğulayıb ki, TRIPP təşəbbüsü Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar üçün real faydalı olacaq:
"Azərbaycanlı həmkarlarımızla konstruktiv qarşılıqlı əlaqəni, eləcə də müzakirələrin konkret inkişaf layihələrinə keçməsi faktını alqışlayıram. Belə praktiki əməkdaşlıq real iqtisadi və sosial nəticələrə nail olmaq üçün vacibdir".
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











