Azərbaycan və Fransa XİN başçıları arasında görüş olub – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-İv Le Drian ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparıb, münasibətlərin xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu qarşılıqlı olaraq ifadə ediblər.
C.Bayramov həmsöhbətinə Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi və saxtalaşdırılması faktları barədə ətraflı məlumat verib.
Azad edilmiş ərazilərin onilliklər ərzində Ermənistan tərəfindən məqsədli şəkildə, insan həyatına başlıca təhdid olan mina və digər partlayıcılarla çirkləndirilməsinin doğurduğu humanitar fəsadlar qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı beynəlxalq humanitar hüquq öhdəliyini yerinə yetirməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı həmçinin C.Bayramov Azərbaycanın münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verib. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətində olan bütün tərəflərlə əməkdaşlığa hazır olduğu vurğulanıb.
Nazirlər həmçinin beynəlxalq gündəlikdə olan cari məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












