Azərbaycan və Türkiyə arasında yük daşımaları 5,6 milyon tona çatdı - Rəhman Hümmətov

Bu ilin 11 ayı ərzində Azərbaycanla Türkiyə arasında ümumi yük daşımalarının həcmi 5,6 milyon tona çatıb. Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib. Onun sözlərinə görə, bu həcmdən 3,5 milyon ton tranzit daşımaların payına düşür. Nazir müavini xüsusilə dəmir yolu nəqliyyatında artımı diqqətə çatdırıb. Qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən qurulması ilə bağlı əvvəlki dövrlərdə yaranmış fasilələrə baxmayaraq, cari ildə bu istiqamətdə təxminən 40 % artım qeydə alınıb. R.Hümmətov əlavə edib ki, avtomobil nəqliyyatı ilə daşımaların həcmi də artıb və bu il iki ölkə arasında 250 min ton daşımadan söhbət gedir. Nazir müavini bildirib ki, hava nəqliyyatı ilə Azərbaycan və Türkiyə arasında həftə ərzində orta hesabla 114 reys həyata keçirilir, bəzi mövsümlərdə isə bu göstərici 185 reysədək yüksəlir. Onun sözlərinə görə, bu rəqəmlər iki ölkə arasında həm insanlar, həm də biznes subyektləri səviyyəsində əlaqələrin sürətlə genişləndiyini göstərir./report
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












