Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı - VİDEO

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə gətirilmiş külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsindən xəbərsiz olub.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Gömrük Postu vasitəsilə Azərbaycan ərazisinə gətirilmiş 436 kiloqram heroin maddəsi Qırmızı-Körpü gömrük postundan rahat şəkildə keçirilib. Narkotik maddə Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan aparılarkən bu ölkənin sərhəd-keçid məntəqəsində saxlanılıb.
Saxlanılan mallara baxış zamanı məlum olub ki, TIR-a yüklənmiş yüklərin içərisində 436 kiloqram heroin maddə daşınır.
Faktla bağlı Bolqarıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xismətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi gizlədilmiş formada narkotik vasitənin bir çox ölkənin ərazisindən keçirilməsinə dair məlumat araşdırılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












