Azərbaycana xaricdən uçuşların sayı ötən il 17% artıb

2024-cü ildə Azərbaycana 38 ölkədən 26 657 aviareys təşkil olunub.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 ölkə (8,5 %) və 3 875 aviareys (17 %) çoxdur.
Ötən il Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 7 738 reys. Bu da əvvəlki ilə nisbətən 10,4 % çoxdur.
Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 5 813 uçuş olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 3 242 reyslə (+32,8 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 2 009 reyslə (+ 19,9 %), Qazaxıstan 888 (+ 10,1 %), Səudiyyə Ərəbistanı 817 (- 11,3 %) , Hindistan 663 (+2,9 dəfə), Qətər 574 (+ 59,3 %), Özbəkistan 427 (- 27,1 %) və Küveyt 416 reyslə (+ 9,1%) daxildir.
İndiyə qədər ilk 10-luqda olan Almaniya (334 aviareys, +11,1 %) 13-cü yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.
Təkcə ötən ilin dekabrında isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 4,3 % artaraq 2 144 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 569 uçuş olub ki, bu da illik müqayisədə 6,2 % azdır.
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO











