Azərbaycanda 1-ci sinif şagirdi koronavirusdan vəfat etdi

Bakıda 1-ci sinifdə oxuyan 6 yaşlı uşaq koronavirusdan ölüb.
Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Həmin məktəbin direktor əvəzedicisi bildirib ki, şagird sentyabrın 22-dən 29-dək dərslərdə iştirak edib: "Daha sonra uşağın anası məktəblə əlaqə saxlayaraq övladının COVID-19 virusuna yoluxduğunu və müalicə edildiyini bildirib.
Lakin məktəbə xəstəliklə bağlı hələ də sənəd və ya digər rəsmi məlumat təqdim edilməyib. Azyaşlının nənəsi isə nəvəsində digər yan xəstəliyin olduğunu və bu səbəbdən də səhhətinin ağırlaşaraq vəfat etdiyini bildirib. O da məlum olub ki, azyaşlının ailə üzvlərinin hamısı sentyabrın sonlarında koronavirusa yoluxub".///publika.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












