Azərbaycanda 1 milyondan çox ağac əkiləcək

Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari ilin 18-27 oktyabr tarixlərində respublikanın 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulur.
Ölkənin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkiləcək ağacların 749 min ədədi, əsasən, həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağaclarıdır.
Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT










