Azərbaycanda 3 helikopter hərraca çıxarılır

19 və 21 iyul tarixlərində özəlləşdirmə hərracları keçiriləcək. Əmlak Məsələləri Dövlət Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 19-da keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 39 nəqliyyat vasitəsi, 21 iyulda təşkil olunacaq hərraca isə 3 helikopter çıxarılıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə müəssisələr paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağaza 400 min manata satılır. Rayonun Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən bu obyektin ümumi faydalı sahəsi 1 664 kvadratmetrdir. Hərracda iştirak etmək üçün 40 min manat beh məbləği ödənilməlidir.
Şəkidə yerləşən hamam xidmət sahəsi üçün əlverişlidir. Şəki şəhəri, B.Məmmədov küçəsi, 29 ünvanında yerləşən 2 saylı hamam ilkin start qiyməti ilə 17 500 manata təklif olunur. Bu əmlakı almaq üçün isə öncədən 1 750 manat beh məbləği ödənilməlidir. Obyektin ümumi faydalı sahəsi 151 kvadratmetr, torpaq sahəsi isə 213 kvadratmetrdir.
Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2013-cü illəri əhatə edir.
İyulun 21-də təkrar keçiriləcək hərraca çıxarılan hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












