Azərbaycanda 39 nəfərə sümük iliyi köçürülüb

2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. O bildirib ki, əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır. Zaur Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq, ödənişsiz həyata keçirilir. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov 2022-ci ilin yanvar ayında Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatlarının təhvil verildiyini bildirib. Daha sonra yerli və türkiyəli mütəxəssislərin “Talassemiyada genotip fenotip əlaqəsi”, “Yeni nəsil xelatoların kliniki praktiki tədbiqi”, “Talassemiya və Oraq hüceyrəli anemiyanın təqibi: xəstə-həkim əməkdaşlığı” mövzularında çıxışları dinlənilib. Sonda Leyla Əliyevanın təşəbbüsü ilə talassemiyalı xəstələrə distant təhsil verən türkiyəli uzman həkimlərə göstərdikləri xidmətə görə təşəkkürnamələr təqdim edilib. Tədbir Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, TƏBİB, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA















