Azərbaycanda aşkarlanan saxta əlilliklərin sayı AÇIQLANDI

Hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu, 30 faizdir.
Avtosfer.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
M.Məmmədova qeyd edib ki, bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəmdir:
“Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Bizim fəaliyyətimiz bu istiqamətdə şəffaflığı təmin etməkdir. Bu, sosial sahədə aparılan islahatlardan biridir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məqsədi əlillik təyinatına həqiqətən də uyğun olan, buna haqqı olan şəxslərə əlillik dərəcəsinin verilməsidir. Biz çalışırıq ki, onların əlillik təyinatı düzgün aparılsın, sui-istifadə halları aradan qaldırılsın”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












