Azərbaycanda axundu intim görüntüləri ilə şantaj edən qadına AĞIR CƏZA

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba üzrə keçmiş nümayəndəsi axund Elnur Əfəndiyevi intim görüntülərlə şantaj edənlər - Nübar İsazadə və İftixar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Nübar İsazadə və İftixar Ağayev Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli biliniblər.
Hökmə əsasən, N.İsazadə 10 il, İ.Ağayev isə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunublar. Təqsirləndirilən şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Qeyd edək ki, ittihama əsasən, N.İsazadə E.Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yaymaqla axundu hədələyərək ondan 75 min manat tələb edib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












