Azərbaycanda belə vicdanlı sürücülər də var – Maraqlı eksperiment - FOTO

Gənc fəal, hüquq müdafiəçisi Əhməd Şahidov sürücülər arasında maraqlı bir eksperiment aparıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə yazan Əhməd Şahidov bildirib ki, Qax rayonuna gedərkən rayona girəndə eksperiment keçirmək istəyib və maraqlı nəticə ortaya çıxıb: «Öz maşınımdan düşdüm, dedim, rayonun girişindən düz mərkəzə kimi piyada gedəcəm. Kim saxlasa və pulsuz aparmağa razılaşsa, o maşına minəcəm. Yalan olmasın, 10 maşın saxladı, taksilər idi, biri 5 manat dedi, biri 7 manat, 10 AZN istəyən də var idi.
Dedim, qardaş, pulum yoxdur. Sürüb getdilər. Biri hələ söz də atdı ki, cavan oğlansan, yaxşı da geyinib-keçinmisən, cibinq bir pul qoy də. Cavab vermədim və yoluma davam elədim. Axırda bu maşın saxladı, fəhlə adam idi. Dedi, mən apararam, oturdum. Yolboyu üzümə baxırdı. Birdən qayıtdı ki, bağışlayın, sizə uyğun maşın deyil, maşının da içi yoxdur. Dedim, dayı, bu maşın və sən mənə ən doğmasız. Beləliklə, tanış olduq. Düşəndə təşəkkür əlaməti olaraq 100 manat vermək istədim. Nə qədər elədim, götürmədi. Qaxım mənim belədir...».
Elmin
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?















