Azərbaycanda bir ayda 415 pensiyaçı "yoxa çıxıb"

Xəbərlər 2 Avqust 2024 10:56 Oxunub 118
Azərbaycanda bir ayda 415 pensiyaçı "yoxa çıxıb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2024-cü ilin iyul ayı ərzində Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 144 299 nəfər olub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, son 1 ayda pensiyaçıların sayı 415 nəfər azalıb.

Belə ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 144 714 nəfər olub.

Azalma əsasən ailə başçısı itirməyə görə pensiya alanların hesabına baş verib. Belə ki, iyun ayında bu kateqoriyada pensiya pensiya alanların sayı 20 927 nəfər olduğu halda iyulda 417 nəfər azalaraq 20 min 510 nəfərə çatıb. Yaşa görə pensiya alanların sayı 1 ayda 46 nəfər artıb, əlilliyə görə pensiya alanların sayı isə 44 nəfər azalıb.

Bəs ailə başçısı itirməyə görə pensiya nə vaxt dayandırılır. Mövcud qanunvericiliyə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

- vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları (18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək)

- ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə

- yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Ailə başçısını itirməyə görə əmək pensiyası göstərilmiş şərtlərin mövcud olduğu müddət üzrə təyin edilir. Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ vardır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh