Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb - Ekspertdən AÇIQLAMA

“Hazırki mövsümlə əlaqədar mənzil bazarı üçün passiv dövrün başladığını demək olar. Bu, uzun illərdir bazar üçün xarakterik olan xüsusiyyətdir. Azərbaycan bazarındakı tendensiyalar bilavasitə tələb və təkliflə bağlı olmasa da, burada inzibati, xarici, psixoloji və s. təsirlərin olduğunu görürük”.
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bu iqtisadi tendensiyaların da mənzil bazarına müəyyən təsiri var:
“Mövsümlə əlaqəli olaraq bəzi dəyişikliklər müşahidə olunur. Həmin dəyişiklikləri cari ildə də görürük. Bazarın ümumi vəziyyətini mövcud situasiyada passiv qiymətləndirmək olar. Bazar stabildir, qiymət azalmır. Buna baxmayaraq, müraciətlərin və əməliyyatların sayında azalmalar var. Bütün bunlar isə tələbin azalması deməkdir.
Tələb aşağı olduğu halda əslində qiymətlər ucuzlaşmalıdır. Təəssüflər olsun ki, bizim mənzil bazarında bu belə deyil. Tələb aşağı düşdüyü zaman qiymətlər ucuzlaşmır. Biz bunu müxtəlif vaxtlarda müşahidə etmişik. Səbəblər isə psixoloji faktorlarla yanaşı, bazardakı ümumi iqtisadi vəziyyətin bilavasitə ilkin mənzil bazarından formalaşması faktorudur. İlkin mənzil bazarında qiymət dəyişmədikcə biz ümumilikdə mənzil bazarında ucuzlaşma müşahidə etmirik", - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, aşağı seqment üzrə, yəni qiyməti təqribən 250 min manata qədər olan mənzillərin qiymətinə nisbi artımlar var:
"Hazırda həmin mənzillərə az da olsa tələb mövcuddur. İpoteka kreditləri hesabına ucuz mənzillərə müraciətlər edilir. Orta və yuxarı seqmentdə isə bazarın vəziyyəti sabitdir. Hətta qiyməti 500 min manatdan yuxarı olan mənzillərin qiymətində qiymətlərin azalmasını müşahidə edirik.
Bundan başqa, fərdi yaşayış evlərində, torpaq sahələrində yay mövsümü olmasına baxmayaraq, qiymət artımları davam edir. Burada əsas səbəblərdən biri yay mövsümündə həmin seqment üzrə gəlirlilik səviyyəsinin artmasıdır. Çünki kirayə bağ evlərinə tələb ciddi şəkildə artır və qiymətlər yüksəlir.
Xüsusilə, pandemiyadan sonra Bakı və Abşeronda kirayə bağ evlərinin qiyməti ilə bağlı əhəmiyyətli dəyişiklik müşahidə etdik. Doğrudur, 2020-2021-ci illərdə olduğu səviyyədə müraciətlər edilməsə də, tələb yenə də yüksəkdir. Orta-statistik, yəni, 2 mərtəbədən və 5-6 otaqdan ibarət olan bağ evlərinin günlük kirayə qiymətləri minimum 200 manatdan başlayır. Bir az fərqli bağ evlərində qiymətlər daha da yuxarıdır. Bunu təbii proses adlandırmaq olar".(unikal)
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO










