Azərbaycanda bu şirkətin “zapravka”larının 50 faizi bağlandı

“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb.
Avtosfer.az "iqtisadiyyat.az"a istinadən xəbər verir ki, şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.
Belə ki, “MS Oil”in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:
- Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;
- Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;
- Koroğlu Rəhimov küçəsi 65;
- Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;
- Bakı şəhəri, Salyan şosesi 13 km;
- Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.
Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini “SOCAR”a icarəyə verib. Artıq həmin ünvanların bəzilərində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır.
Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. “MS Oil” fəaliyyətini hazırda aşağıdakı ünvanlar üzrə cəmi altı filialda davam etdirir:
- Xırdalan şəhəri;
- Sabunçu rayonu, Zabrat qəsəbəsi;
- Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi;
- Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomobil yolunun 22-ci kilometrliyi;
- İsmayıllı rayonu, Nizami Gəncəvi;
- Siyəzən rayonu, Bakı-Quba yolu.
Xatırladaq ki, “MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsalı, "MS Kabel" kabel istehsalı, "MS Asfalt" asfalt istehsalı, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisələrinə, eləcə də “MS Laminat” şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir. “MSDIS Holding” bir müddət əvvəl nizamnamə kapitalını kəskin azaldaraq 2 572 000 manatdan 500 manata endirib.
“MSDIS Holding” MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












