Bərdədə canavar sürüsü kəndə hücum edib: Tələfat var - FOTO

Canavarların kəndə hücumu Bərdə rayonunun Saatlı kəndində baş verib. Təssərüfat sahibi Xəyyam Məmmədov bildirib ki, vəhşi heyvanlar qoyunçuluq təssərrüfatına gecə saatlarında hücum çəkib: “Canavarlar sürü halında mənim təssərüfatıma hücüm edib. Tövləyə girən canavarlar 30 baş qoyunu parçalayıb, 8 baş qoyunu isə yaralayıb”.
Müsahibimiz deyir ki, kənddə belə hadisələr arabir olur. Amma son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib: “Əvvəllər də kəndə canavar hücumu olub. Amma arabir, tək-tək canavara rast gəlinirdi. İndi canavarlar kəndə sürü halında hücum edir. Hadisə baş verən gecə də sürü halında olublar. Yırtıcılar daxil olub fermaya, fermanın içində xırdabuynuzlu heyvanları parçalayıb, parçalaya bilmədiyində yaralayıb. 38 baş heyvanın 30-u tələf olub, qalanları da yaralanıb”.
Bərdə Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.
Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib. (Sputnik Azərbaycan)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO

















