Azərbaycanda daşıyıcı şirkətlər arasında "İcazə" blanklarının bölgüsü aparılıb

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Xüsusi Komissiyası tərəfindən bu ilin sentyabr ayı üçün “İcazə” blanklarının bölgüsü aparılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Avtosfer.az-a verilən məlumata görə, Komissiyanın işində Komissiya üzvlərinin tam tərkibi ilə yanaşı, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə 5 daşıyıcı şirkətinin rəhbərləri və nümayəndələri də iştirak edib.
Nəticədə 33 daşıyıcıya Rusiya III ölkə məhdudiyyətsiz “İcazə” blankı, 31 daşıyıcıya isə Rusiyaya İran üzərindən daşımaları təmin etmək üçün III ölkə “İcazə” blankı bölünüb.
Hazırkı bölgü daşıyıcıların istifadəsində olan avtonəqliyyat vasitəsinin sayına, ötən 3 ay ərzində alınmış Rusiya III ölkə “İcazə”lərinin qaytarılmasını və ya istifadəsini təsdiq edən əsaslara, ənənəvi istiqamətlər üzrə daşımaların reytinqinə uyğun əmsallardan istifadə edilməklə riyazi hesablamalar vasitəsilə həyata keçirilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












