Azərbaycanda əhali ilə bağlı yeni proqnozlar hazırlanır

Azərbaycanda Nazirlər Kabinetinə yeni əhali proqnozları təqdim olunacaq.
Bunu 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunmuş sərgidə Trend-ə açıqlamasında BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.
F.Babayev qeyd edib ki, BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Çexiyanın "Charles" Universitetinin ekspertlərinin əhali proqnozları ilə bağlı həyata keçirdiyi proqram 2050-ci ilə qədər Azərbaycanda 3 əhali təbəqəsi üzrə - cavanlar, iqtisadi aktiv insanlar və yaşlıları əhatə edir: “Proqnozlara struktur, əhali sayı, gender nisbəti, respublika üzrə hansı regionda nə qədər əhali olacağı və s. məsələlər daxildir. Bu, çox önəmli məsələdir. Çünki biz hazırda bilmirik ki, 2030, 2035, 2040, 2050-ci ilə qədər hansı regionda neçə məktəb, neçə xəstəxana, doğum evi lazımdır, pensiyaya nə qədər pul xərclənməlidir, körpələrin doğumuna görə nə qədər pul verilməlidir və s. Bütün bunlar planlaşdırılmış şəkildə aparılsa, daha yaxşı olar”
O, həmçinin bildirib ki, proqnoza görə, 2050-ci ilə qədər həm cavanların, həm də yaşlıların, yəni istehlakçıların sayı artacaq, iqtisadi fəal təbəqənin üzərinə böyük yük düşəcək: “Ona görə də yeni iş yerləri yaradılmalı, işsizlik səviyyəsi azaldılmalıdır. Bununla bağlı "Charles" Universiteti ilkin proqnozları bizə təqdim edib, biz isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdik. Bunu təhlil etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə İşçi Qrupu yaradılıb. Təhlil nəticəsində milli transferlər hazırlamalıyıq. Bu yaradılandan sonra Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim ediləcək. Düşünürəm ki, ilin sonuna qədər təhlil aparılacaq, gələn ilin ilk 3-4 ayında yekun təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq".
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












