Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı ekstradisiya edildi

Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı ekstradisiya edilib.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin avqust ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Ekstradisiya haqqında” Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












