Azərbaycanda həbsxanaya poçtla "patı" göndərdilər - FOTO

Həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətdən Avtosfer.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Qobustan Həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə - metamfetamin (patı) və ümumi çəkisi 0,653 qram olan narkotik maddə - heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emil Zakir oğlu Şükürova qohumu Abşeron rayon sakini Əli Hüseyn oğlu Abbasov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 1,891 qram çətənə bitkisinin toxumları aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI











