Azərbaycanda internet sahəsində böyük nailiyyətlər əldə olunub - İctimai Şuranın sədr müavini

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Nazirlikdən bildirilib ki, görüşdə İctimai Şuranın üzvləri, “Avirtel”, “Sazz-LTE”, “Smart systems technology”, “Azintex” internet provayderlərinin rəhbərləri və internet üzrə ekspert Eldar Cəfərov iştirak edib, internetlə bağlı problemlərin araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb.
İctimai Şuranın sədri Siruz Abasbəyli çıxış edərək bu toplantının nazirlikdə keçiriləcək birgə görüşün ilkin müzakirəsi olduğu və bu işdə rəhbərliyin İctimai Şuranın sədr müavini Qalib Qurbanova həvalə edildiyini diqqətə çatdırıb.
Qalib Qurbanov hazırda ölkəmizdə internet sahəsində böyük nailiyyətlər əldə olunduğunu söyləyib. Şuranın sədr müavini əlavə edib ki, bu sahədə müəyyən problemlər də mövcuddur.
“İctimai Şura olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin problemlərin həlli istiqamətində addımlar atmağa hazır olduğunu və diqqət ayırdığını müşahidə edirik”, – deyə Qalib Qurbanov vurğulayıb.
Sonra internet provayderlərinin rəhbərləri bu sahə üzrə mövcud problemləri səsləndiriblər.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












