Azərbaycanda Kapadokya ilə müqayisə edilən yeni milli park yaradılır - FOTO

Azərbaycanda Axar-Baxar Milli Parkının yaradılması istiqamətində iş aparılır.
“Yaşıl Dünya Naminə Həmrəylik” ili çərçivəsində ölkəmizdə bir neçə Milli Parkın təşkili nəzərdə tutulur. Bizim.Media xəbər verir ki, belə Milli Parklardan biri də Qax rayonu ərazisində təşkil ediləcək.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, İlisu Təbiət Qoruğunun bazasında Axar-Baxar Milli Parkının yaradılması istiqamətində iş aparılır.
Ekoloq mütəxəssislər bildirirlər ki, bu ərazilər Qanıx çayın vadisi boyunca uzanır və böyük turizm potensialına malikdir. İlk növbədə boz dağlarla əhatə edilən Axar-Baxar ərazisi flora və fauna, eləcə də çoxsaylı heyvanat aləmi və quşlarla zəngindir.
Mütəxəssislər buranı həm də Türkiyənin turizm bölgələrindən biri olan Kapadokya ilə müqayisə edir və gələcəkdə hava şarlarının uçması üçün ən münbit bir ərazi hesab edirlər.
Yaxın vaxtlarda Milli Park status veriləcək Axar-Baxar ərazisindən göz oxşayan mənzərələri təqdim edirik.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












