Azərbaycanda kişinin qollarını bağlayıb ülgüclə xəsarətlər yetirdilər

Oktyabrın 15-də gecə saat 23:00 radələrində Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Cəngan kənd sakini Hikmət Məmmədovun küt və kəsici alətlərlə döyülmə nəticəsində aldığı ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumatla əlaqədar aparılan araşdırmalarla H.Məmmədova xəsarət yetirən şəxslər və hadisənin səbəbi müəyyən edilib.
Belə ki, Cəngan kənd sakini Səxavət Məmmədov aralarında yaranmış münaqişə zəminində H.Məmmədovu cəzalandırmaq qərarına gəlir. O, bu məqsədlə həmyerliləri olan qohumları - həyat yoldaşının dayısı Ziyad Məmmədov, qayınları Kərim və Nəbi Quluyev qardaşları ilə birlikdə H.Məmmədovun iş yerinə gələrək onun qollarını bağlayıb ağac və kəsici alətlə (ülgüc) ona ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Yaralı iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən dörd nəfər saxlanılıb.
Faktla bağlı RPŞ-də CM-nin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












