Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA

“Ötən il 10 060 cinayət faktı qeydə alınıb ki, həmin hadisələr üzrə 8 777 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən şəxslərdən 7 ton 58 kq narkotik və müxtəlif növ psixotrop maddə götürülüb. Cinayət məsuliyyətinə cəlb edilənlərin 100 nəfəri xarici ölkə vətəndaşları təşkil edib ki, həmin əcnəbi vətəndaşların üzərindən də narkotik maddə aşkarlanıb”.
Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev “Narkomanlığa qarşı mübarizədə Mediadan düzgün istifadə” mövzusunda keçirilən tədbirdə qeyd edib.
Onun sözlərinə görə, barələrində məhvetmə qərarı verilmiş külli və xüsusi miqdarda narkotik maddələrin məhv olunması 2023-cü və 2024-cü illərdə də davam edir:
“Bu 3 600 cinayət faktı üzrə səkkiz tona yaxın külli və xüsusi miqdarda narkotik maddənin məhv edilməsi deməkdir”.
Fəqan Şahverdiyev ölkə üzrə narkomanların sayını da açıqlayıb. O deyib ki, 2024-cü ilin yanvarına qədər olan statistikaya görə 36 659 nəfər şəxs dispanser nəzarətindədir. Həmin şəxslərin 8 458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. Əlavə olaraq qeyd olunub ki, 36 659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












