Azərbaycanda ötən ay 1000-dən çox qanunsuz miqrant saxlanılıb

Azərbaycanda ötən ay 1000-dən çox qanunsuz miqrant saxlanılıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumatına görə, DMX-nin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Azərbaycan Respublikasında iş vədi ilə aldadılaraq ölkəyə gətirilən, iş icazəsi əldə edilmədən əmək fəaliyyətinə cəlb edilən, həmçinin ölkədə ünvan qeydiyyatına alınmadan və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşayan 9 əcnəbi saxlanılıb.
Bildirilib ki, araşdırma nəticəsində həmin əcnəbilərin öz həmvətənləri tərəfindən 1400-2500 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.
Qeyd edilib ki, qanunsuz miqrasiyanın təşkilinə dair əsaslı faktlar müəyyən edildiyindən aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib:
“Ümumilikdə, 2023-cü ilin oktyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 1001 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 292 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2108 inzibati qərar qəbul edilib.
Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir”.
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı











