Azərbaycanda polisləri döyüb formasını cıran şəxslərə HÖKM OXUNDU

Ötən ilin sentyabrında Şəkinin Baş Şabalıd kəndində polislərə müqavimət göstərərək onlara xəsarət yetirən T.Mahmudov və R.Quliyevə (şərti) hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, onlar Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinib. Şəki Rayon Məhkəməsində oxunan hökmlə 36 yaşlı Turala 1 il 6 ay, 27 yaşlı Rəşidə isə 9 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər sentyabrın 21-də Baş Şabalıd kəndində toyda yeyib-içiblər. Daha sonra Tural sərxoş halda həmkəndlisini ölümlə hədələyərək ona hücum edib. Həmin şəxsin polisə məlumat verməsindən sonra Şəki Rayon Polis Şöbəsinin İstintaq qrupunun üzvləri - Növbətçi Hissənin sürücüsü, polis baş serjantı V.V, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Z.Z və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı T.T saat 20:00 radələrində Baş Şabalıd kəndinə gəliblər.
İttihama görə, onlar Turalın yerini müəyyən edərək saxlamaq istəyərkən həmin şəxs “məni burdan 40 polis də apara bilməyib, 3 polis nə edəcək?” deyərək müqavimət göstərib. Bu zaman ona Rəşid də kömək edib. Onlar polislərə hücum edərək zərbələr endiriblər, həmçinin paltarlarını cırıblar. Polislər Turalı tutaraq maşına salmaq istədikdə o, polis əməkdaşının əlini dişləyərək xəsarət yetirib və kənddəki çaya doğru qaçaraq uzaqlaşıb.
Daha sonra həmin şəxslər tutularaq polis şöbəsinə gətirilib və barələrində cinayət işi açılıb.
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT










