Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru dələduzluğa görə həbs edildi

Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev həbs edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, professor külli miqdarda dələduzluqda təqsirli bilinib. İttihama görə, o, bir neçə nəfərə yalan vəd verərək 80 min manatdan çox pul ələ keçirib.
İşi Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb.
Hökmə əsasən, R.Vəliyev 6 il azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan professor məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rövşən Vəliyev 2007-ci ildə də saxta sənədlərdən istifadə etmə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












