Azərbaycanda qadın professor dələduzluğa görə həbs edildi

Azərbaycanda qadın professor dələduzluq etməkdə ittiham olunaraq həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru İzzət Şamxalova bir neçə nəfərə qarşı dələduzluq etməkdə günahlandırılıb.
İstintaq sənədlərinə əsasən, qadın qulluq mövqeyindən istifadə edib. Belə ki, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verib.
Bu məqsədlə həmin insanı aldadıb, ümumilikdə 16 843 manatlıq dələduzluq edib.
Professor 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədlərini həyata keçirib.
İstintaq müəyyən edib ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib.
Bu məqsədlə də həmin insana qarşı 15 000 manat dələduzluq edib. Beləcə o, daha bir neçə nəfəri də aldadıb.
Sonradan onun aldatdığı şəxslər polisə şikayət ediblər və cinayət işi açılıb.
Professor Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, iki il müddətinə azadlıqdan məhrum edilib. Qadın məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, professor 2014-cü ildən 2020-ci ilədək nazirliklərin birində çalışıb.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










