Azərbaycanda satılan avtomobil təkərləri hansı ölkələrdən gətirilir?

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana minik avtomobilləri üçün 1 126 058 ədəd təzə pnevmatik rezin şin idxal olunub və idxalın ümumi dəyəri 36 milyon 860.19 min dollar təşkil edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, minik avtomobilləri üçün şinlərin əsas idxalçısı Çin olub - bu ölkədən 754 578 ədəd şin gətirilib (20 milyon 688.74 min dollar). Ardınca Tailand (77 317 ədəd, 2 milyon 575.99 min dollar), Türkiyə (69 699 ədəd, 2 milyon 804.87 min dollar), Koreya Respublikası (67 994 ədəd, 3 milyon 487 min dollar), Rusiya (51 990 ədəd, 1 milyon 517.31 min dollar) və Yaponiya (20 532 ədəd, 1 milyon 760.8 min dollar) gəlirlər.
Hesabat dövründə yük avtomobilləri və avtobuslar üçün 319 455 ədəd təzə pnevmatik rezin şin idxal edilib, idxalın dəyəri 34 milyon 373.28 min dollar olub. Əsas idxal ölkələri Çin (231 747 ədəd), Türkiyə (45 723 ədəd) və Rusiya (22 767 ədəd) olub.
2025-ci ilin 10 ayında aviasiyada istifadə üçün 417 ədəd təzə pnevmatik rezin şin idxal olunub (1 milyon 318.91 min dollar), əsas pay Yaponiyaya məxsusdur. Motosikletlər üçün 8 546 ədəd şin idxal edilib (119.11 min dollar), bu seqmentdə əsas tədarükçülər Çin və İran olub. Velosipedlər üçün isə 340 077 ədəd şin ölkəyə gətirilib və idxalın dəyəri 389.1 min dollar təşkil edib ki, bunun böyük hissəsi Çinin payına düşür.
Kənd və meşə təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri üçün 20 321 ədəd rezin şin idxal olunub (3 milyon 745.34 min dollar), əsas tədarükçülər Türkiyə, Rusiya və Çindir. Tikinti, mədənçilik və sənayedə istifadə edilən nəqliyyat vasitələri üçün isə 15 066 ədəd pnevmatik rezin şin idxal edilib (3 milyon 940.12 min dollar).
Hesabat dövründə minik avtomobilləri üçün 129 ədəd, avtobus və yük avtomobilləri üçün isə 819 ədəd bərpa edilmiş şin idxal edilib. Aviasiyada istifadə üçün 681 ədəd bərpa edilmiş şin idxal olunub (840.64 min dollar).
Qeyd edək ki, 2024-2025-ci illərin statistikasına əsasən, ölkəyə il ərzində təxminən 1.8-2 milyon ədəd yeni minik və yük avtomobili şini idxal olunur. Bunun üçün hər il ölkədən kənara təxminən 100-150 milyon dollar vəsait çıxır.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











