Azərbaycanda taksi ilə sərnişin daşımaları - İKİQAT ARTIB

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 838 milyon 905,2 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10% azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 763,3 min nəfər (artım 5,6%), dəniz nəqliyyatı ilə 12,5 min nəfər (azalma 26,9%), hava nəqliyyatı ilə 795,3 min nəfər (artım 52,2%) daşınıb.
Yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 797 milyon 386,5 min sərnişin (azalma 7,3%), avtobuslarla 729 milyon 912,4 min sərnişin (azalma 11,8%), taksilərlə 67 milyon 474,1 min sərnişin (artım 2,1 dəfə) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 38 milyon 947,6 min sərnişinə (azalma 44%) xidmət göstərilib.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda aviareyslərin həyata keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qüvvədə qalıb./fed.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












