Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin artıb

Bu ilin yanvar-sentyabr yarısında Azərbaycanda avtobuslarla 729 912,4 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 11,8% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında avtobus nəqliyyatı ilə 827 907,6 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərindən 67 474,1 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-sentyabrında taksi xidmətlərindən 32 013,3 min nəfər istifadə edib.
Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.///Apa
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












