Təlimdə iştirak edən Türkiyə hərbçiləri yola salındı - FOTO/VİDEO

“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıblar.
Təlimdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələri mənsublarına hədiyyələr təqdim edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsindən yola düşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları “Ümid” körpüsündən keçməklə xidmət yerlərinə doğru hərəkəti davam etdiriblər.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT














