Azərbaycanda toy aparan tamada koronavirus xəstəsi çıxdı

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini Elgün Abdurzayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxsin yaşadığı ünvanı tərk etdiyi və restoranların birində keçirilən toy məclisinə masabəyi qismində iştirak etmək məqsədilə gəldiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun koronavirus xəstəsi olduğu aşkarlanıb və mərasimdə iştirakının qarşısı alınıb. İnfeksiyanın yayılmasına real şərait yaradan E.Abdurzayevlə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Hazırda onun barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












