Azərbaycanda yol polisinin səhvinə görə sürücünü Türkiyədə həbs etdilər

Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin etdiyi səhvə görə sürücü əziyyət çəkir. Daha doğrusu, şöbənin rəis müavini Müşfiq Rəhimov tərəfindən aldadılan sahibkarı az qala oğru adıyla Türkiyədə saxlayıblar.
Avtosfer.az xəbər verir ki, jam.az-a müraciət edən Elman Abdıyev bildirir ki, o, Çexiya istehsalı olan «DAF» markalı yük avtomobilini keçən il Azərbaycana gətirib. Maşına dövlət nömrə nişanı almaq üçün BDYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət edib. Və orada özünün də xəbəri olmadan sənədlərə həmin avtomobilin 2008-ci il buraxılışı olmasını yazıblar.
Hazırda Türkiyədə gömrük işçiləri tərəfindən saxlanılmış Abdıyev bildirir ki, ona «oğurluq maşın sürmə» ittihamı irəli sürülür. Çünki sənədlər yoxlanılarkən şassi nömrəsi ilə mövcud sənədlər arasında ziddiyyət aşkarlanıb: «İdarə etdiyim 99 XY 205 dövlət nömrə nişanlı «DAF» markalı maşını Türkiyədə saxlayıb yoxladıqda sənədlər uyğun gəlmədi. Məlum oldu ki, avtomobilin şassi nömrəsi səhvdir. Bakıya zəng edib «bu nə oyundur çıxarmısız» deyəndə utanmadan cavab verirlər ki, «pislik etməmişik ki, maşınını cavanlaşdırmışıq». İndi nə edəcəyimi də bilmirəm».
Elman Abdıyev onu da bildirib ki, Müşfiq Rəhimov və onun işçilərinin bu hərəkəti daha çox pul qazanmaq istəyindən irəli gəlib: «2001-ci il istehaslı olan avtomobillə 2008-ci il istehsalı olan avtomobil arasında mütləq fərq var. Və dövlət nömrə nişanını alan zaman da qiymət fərqləri yaranır. Müşfiqgil daha çox pul qazanmaq üçün məni çətin vəziyyətə qoyublar. Halbuki mənim əlimdə maşının 2001-ci ildən bəri Çexiyada texniki baxışdan keçdiyinə dair sənədlər var. Onları hazırlayıb məhkəməyə müraciət edəcəm».
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











