Azərbaycanda yük və sərnişin daşımaları artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4% və 17,8% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 186,2 mln. ton yük daşınıb.
Məlumata görə, yüklərin 4,1%-i dəniz, 8,2%-i dəmir yolu, 0,1 faizi hava, 57,1%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb.
Yük daşınmasının nəqliyyat növləri üzrə strukturu, faizlə Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6% təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 552,3 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












