Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.
Avtosfer.az xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












