Azərbaycandan külli miqdarda narkotikin tranzit yolla keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısını alıb.
Avtosfer.az-ın DGK-ya istinadən verdiyi məlumata görə, komitənin Baş İdarənin Gömrük risklərinin idarəolunması şöbəsindən daxil olan məlumat əsasında Azərbaycandan tranzit keçməklə Pakistandan Böyük Britaniyaya daşınan 53 yerdən ibarət irihəcmli bağlamalara "Alfa" ləqəbli kinoloji xidməti itinin tətbiqi ilə yoxlama həyata keçirilib.
Xidməti itin reaksiyasına əsasən sözügedən bağlamalar rentgen qurğusundan keçirilərkən monitorda 3 ədəd bağlamada şübhəli cizgilərin olduğu müşahidə edilib. Fiziki yoxlama zamanı həmin bağlamalardakı 30 cüt (60 ədəd) qara rəngli kişi ayaq geyimi olan səndəllərin alt hissəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü, qəhvəyi rəngli, qablaşdırmaları ilə birlikdə çəkisi 6 356 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















