Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər siyahısında

Azərbaycanəsilli sahibkar, "Lukoil"un təsisçisi Vahid Ələkbərov Rusiya və dünyanın ən varlı insanları siyahısında öz mövqeyini xeyli möhkəmləndirib. Son məlumatlara görə, onun sərvəti 2024-cü ildə 2.59 milyard dollar artaraq 27.2 milyard dollara çatıb.
Avtosfer.az bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadən məlumat verir.
Hesabata əsasən, o, sərvəti 2024-cü ildə əhəmiyyətli dərəcədə artan rusiyalı milyarderlərin siyahısında üçüncü yerdədir.
Siyahıya "Nornickel"in təsisçisi Vladimir Potanin başçılıq edir, onun sərvəti 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb. İkinci yerdə 29 milyard dollarla Vladimir Lisin durur.
Qeyd edək ki, dünyanın ən varlı 500 insanının sərvəti haqqında məlumatları özündə birləşdirən "Bloomberg Billionaires Index" 2012-ci ilin martından bəri dərc edilir. İndeks, xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












