Azərbaycanın birinci xanımından velosipedçiyə hədiyyə - FOTO

Avropanın ən uzaq qərbində yerləşən paytaxt şəhər Lissabondan bu qitənin ən uzaq şərqində yerləşən paytaxt Bakıya 7 min km məsafəni qət edən Horhe Kristavao medala layiq görülüb. Bu mükafat ona çərşənbə günü axşamı, Avropa Oyunlarının Açılış Mərasimi üçün biletlər şəklində təqdim edilib. İdman aşıqi olan portuqaliyalı velosipedçi, Azərbaycanın birinci xanımı və Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfındən açılmış Bakı 2015 Avropa Qonaqpərvərlər Klubunda VİP qonaqların sırasında olub.
Klubun açılışında Mehriban Əliyeva və Horhe Kristavaoya Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki və Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də qoşulub.
Şəhərin məşhur Dənizkənarı Bulvarının yaxınlığında yerləşən klub birinci Avropa Oyunları ərzində VİP qonaqlara, ali qonaqlara və sponsorlara ev sahibliyi xidməti göstərəcək.
Oyunlar barədə məlumatın yayılması kimi böyük məsuliyyəti boynuna götürmüş 53 yaşlı Kristavaoya Açılış Mərasiminə iki bilet təqdim edilib.
Aprelin 10-da Lissabondan yola düşən Kristavao İspaniya, Fransa, Monako, İtaliya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycan marşrutu üzrə hərəkət edib.
Bütün yol boyu Portuqaliya Olimpiya Komitəsi missiyasının rəhbəri Xose Qarsiya tərəfindən təqdim edilmiş Portuqaliya bayrağını da daşıyıb. Bu bayraq Açılış Mərasimində daşınması üçün Portuqaliya nümayəndə heyətinin bayraqdarına təqdim ediləcək.
Elmin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












