Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan erməni ordusunun Azərbaycanın 110 kvadrat kilometrlik ərazisinə nəzarət etdiyini açıqlayıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, “Sputnik Ermənistan” bununla bağlı spikerə sorğu göndərib.
Sorğuya parlamentin sədri tərəfindən belə cavab verilib:
“Dəqiqləşdirmək üçün Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları ilə əlaqə saxlaya bilərsiniz”.
Simonyan “ArmComedy” podkastında Ermənistanın bəzi istiqamətlərdə ümumilikdə Azərbaycanın 110 kvadrat kilometr ərazisinə nəzarət etdiyini deyib:
“Onların 110 kvadrat kilometrlik ərazisindəyik. Təxminən. Heç kim millimetrlərə qədər konkret rəqəm deyə bilməz. Təxmini deyirəm. Rəsmi olaraq söyləyirəm ki, 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər var”.
Xatırladaq ki, Ermənistanın Azərbaycana qaytarmalı olduğu anklav kəndlər var. Söhbət Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlıdan gedir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












