Azərbaycanın dünyadakı karbon emissiyasındakı payı açıqlanıb

Dünyadakı karbon emissiyasının 0,13 %-i Azərbaycanın payına düşür.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda "Karbon vergisinin iqtisadi təsirləri" mövzusunda sessiyada bildirib.
Onun sözlərinə görə, bu nisbət kifayət qədər kiçik olsa da, diqqətdən kənarda qalmamalıdır:
"Çünki bizim başqa planetimiz yoxdur. Buna görə də qlobal çağırışlara müsbət töhfə vermək üçün siyasətimizi və karbonsuzlaşdırma strategiyalarımızı inkişaf etdirməyə davam etməliyik. Azərbaycanın 2040-cı ilədək emissiyaları 40 % azaltmaq öhdəliyi var. Bununla belə, biz xalis sıfır emissiya ssenarisini də nəzərdən keçirə bilərik. Bu ssenari qəbul ediləcək strategiya üçün müxtəlif iqtisadi sektorların təsirlərinin ətraflı təhlilini tələb edir".
Şöbə müdiri diqqətə çatdırıb ki, İqtisadiyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə karbon vergitutma istiqamətində yeni uzunmüddətli strategiya hazırlamaq ərəfəsindədir:
"Bu istiqamətdə yaxşı iqtisadi mühit yaradılmalıdır və bunun ekoloji baxımdan qiymətləndirilməsi çox vacibdir. İlk növbədə hansı sektorlarda nə qədər emissiya olduğunu bilməliyik. Bunun üçün qiymətləndirmə aparılmalı, düzgün ssenari seçilməli və bu yolda düzgün ambisiyalar təyin edilməlidir".
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır










