Azərbaycanın əməkhaqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Ümumi orta aylıq əməkhaqqına görə ölkələrin dünya reytinqində Azərbaycan 2024-cü ilin əvvəlinə 196 ölkə arasında 99-cu yeri tutub.
Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, ölkəmizdə orta aylıq əməkhaqqı 494 ABŞ dolları təşkil edib.
MDB ölkələri arasında ən yüksək əməkhaqqı Rusiya (2 159 ABŞ dolları) və Qazaxıstandadır (673 ABŞ dolları). Reytinqdə Azərbaycandan aşağıda Ukrayna (430 ABŞ dolları), Özbəkistan (351 ABŞ dolları), Qırğızıstan (228 ABŞ dolları) və Tacikistan (169 ABŞ dolları) qərarlaşıb.
Dünyada ən yüksək əməkhaqqı İsveçrədə müşahidə olunub – 8 111 ABŞ dolları. İlk “üçlüy”ə həmçinin Lüksemburq (6 633 ABŞ dolları) və ABŞ (6 455 ABŞ dolları) daxil olub. Ən aşağı əmək haqqı isə Lesoto (24 ABŞ dolları), Anqola (27 ABŞ dolları) və Malavidə (31 ABŞ dolları) müşahidə olunub.
Qeyd edək ki, ümumi əməkhaqqı vergilər və digər ayırmalar, məsələn, pensiya fondlarına, tibbi sığortaya və s. ayırmalar çıxılmadan əmək haqqının ümumi məbləğidir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 007,5 manat (592,6 ABŞ dolları) təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta sektorları, elmi-texniki fəaliyyət, informasiya və rabitə sahələrində çalışanlardadır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












